• Starbucks peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 13 949

Tarix : 6-08-2016, 19:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
120 q yumşaldılmış kərə yağı
1 st. şəkər tozu
1 yumurta
1 çimdik duz
1 ç.q. qabartma tozu
1 ç.q. darçın
vanil, yaxud vanilli şəkər tozu
1 st. yulaf lopası (tezbişən və xırda)
50 q ağ şokolad
2 x.q. quru meyvə (kişmiş)
1 st. un

Hazırlanması:
Yağı şəkər tozu ilə çalın. Yumurta əlavə edib bir daha çalın.

Duz, qabartma tozu, darçın, vanil qatıb yenə çalın.

Yulaf lopaları əlavə edib qarışdırın.

Xırda doğranmış şokoladla quru meyvəni də əlavə edib qarışdırın.

Un əlavə edib əlinizlə yoğurun (qaşıqla alınmayacaq).

Xəmiri 12 yerə bölün. Kündələyib perqament döşənmiş siniyə bir-birindən aralı düzün.

180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Çıxarıb sinidə soyudun. Bir az bərkiyəndən sonra götürmək olar.

Nuş olsun!
Etiketlər: əlavə, çalın, şəkər, vanil, darçın, qabartma, qarışdırın, siniyə, aralı, birindən, Kündələyib, Xəmiri, alınmayacaq, bölün, düzün, perqament, döşənmiş, qızdırılmış, soyudun, bərkiyəndən
BİZİ İZLƏYİN