• Hellouin bayramı üçün yeməli Kasperlər resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 240

Tarix : 14-08-2016, 12:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yumurtaağı
190 q. şəkərtozu
10 q. vanilin
iriçimdik duz
20 q. tündşokolad

Hazırlanması:
İdeal beze hazırlamağın bəzi incəlikləri vardır ki, una əməl etməklə sizi stədiyinizə nail ola bilərsiniz. Bunlardan biri odur ki, bunun üçün yumurtanın ağları mütləq soyuq (!) olmalıdır.

İkincisi ondan ibarətdir ki, bura bir qədər duz və ya bir neçə damcı limon suyu əlavə etmək lazımdır; onda ağlar daha yaxşı çalınırvə möhkəm forma alır.

Beze üçün yumurta ağı çalarkən bu incəlikləri mütləq nəzərə alın.

Beləliklə, soyuq yumurta ağlarına bir çimdik duz əlavə edərək bunları mikserin birinci sürətində çalmağa başlayın, sonra şəkər tozunuda əlavə etməklə tədricən sürəti artırın. Bütüşəkəri dərhal tökməyə tələsməyin. Onuda tədricən, 5 - 6 dəfəyə tökün.

Yumurta ağından ibarət kütləni köpük elastik, qatı və parlaq olana kimi çalın. Bu o qədər möhkəm olmalıdır ki, başıaşağı çevirdikdə onu qaşıqdan salmaq mümkün olmasın. Bu, yaxşı bezenin təminatıdır.

Yumurta ağından alınmış qar kimi ağ «kremi» qənnadı torbasına tökür və sonra onu üzərinə perqament çəkilmiş tavaya (və ya sobanın digər dayaz qabına) qarabasmalar şəklində sıxmağa başlayırıq.

Bayram pirojna bezelərini əvvəlcədən 100 dərəcə Selsidə qızdırılmış sobada 1,5 saat quruduruq. Sonra çıxarıb soyuduruq.

Mikrodalğalı sobada və ya buxar üzərində tünd şokoladı əridirik, kağız kornetlərə tökür və kabuslarımıza «insangörkəmi» veririk.

Hellouin bayramı üçün yeməli Kasperlər resepti - FOTO RESEPT

Hellouin bayramı üçün yeməli Kasperlər resepti - FOTO RESEPT

Hellouin bayramı üçün yeməli Kasperlər resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, qədər, sobada, olmalıdır, soyuq, sonra, tədricən, möhkəm, yaxşı, tökür, yumurta, mütləq, incəlikləri, etməklə, ağından, Yumurta, çalın, üzərinə, perqament, olana
BİZİ İZLƏYİN