Tərkibi:xəmir:
300 q un
125 q kəsmik
100 q şəkər tozu
100 ml süd
75 ml bitki yağı
1 paket qabartma tozu
vanil
1/4 ç. q. duz
iç:
4 orta boy alma
1 x.q. şəkər tozu
1 x.q. kərə yağı
Hazırlanması:İç: Tavada kərə yağını əridin, doğranmış almanı və şəkər tozunu əlavə edin. Tavanın qapağını qoyun, vam odda 3-5 dəqiqə bişirin. Ocaqdan götürün. Qapağı açın. Almanı soyudun.
Kəsmiyi süd, bitki yağı, şəkər tozu, duz, un və qabartma tozu ilə qarışdırıb xəmir yoğurun.
Xəmiri 10 yerə bölüb kündələyin.
Hər birini yayıb içinə iç qoyun, kənarlarını bitişdirin.
Perqament döşənmiş siniyə yığıb üzərinə yumurta çəkin.
180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Nuş olsun!
Etiketlər: şəkər, bişirin, xəmir, qabartma, dəqiqə, qoyun, bitki, içinə, yayıb, kündələyin, Xəmiri, bölüb, kənarlarını, birini, döşənmiş, çəkin, dərəcə, qızdırılmış, sobada, yumurta