• Pyer Ermenin peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 14 004

Tarix : 24-08-2016, 16:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
230 q kərə yağı
100 q şəkər pudrası
1/4 ç.q. duz
330 q un
1 yumurta
50 q şəkər tozu
2 q vanil

Hazırlanması:
Yumşaldılmış kərə yağını şəkər pudrası ilə qarışdırın. Duz, vanil, ələnmiş un qatıb yumşaq xəmir yoğurun. Xəmiri 3 yerə bölün. Diametri 2-3 sm olan "kolbasalar" hazırlayın. Hər birini qida plyonkasına bükün. Dondurucuda 15 dəqiqə saxlayın.
Yumurtanı çalın. Masanın üzərinə şəkər tozu səpin. Xəmiri çıxarıb üzərinə yumurta çəkin. Sonra şəkər tozunun üzərində irəli-geri hərəkət etdirərək hər tərəfinin şəkər tozuna bulaşmasına çalışın. Hər birini 2 sm qalınlıqda fal-fal doğrayın. Perqament döşənmiş siniyə düzün. 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, qızılı rəng alanadək bişirin.

Nuş olsun!
Etiketlər: şəkər, pudrası, Xəmiri, dəqiqə, üzərinə, birini, vanil, yumurta, tozuna, bulaşmasına, çalışın, tərəfinin, üzərində, tozunun, hərəkət, etdirərək, irəli, Perqament, sobada, qızdırılmış
BİZİ İZLƏYİN