• Alma ilə ravioli resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 118

Tarix : 2-09-2016, 20:00

Bölmə : Peçenye reseptləri / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
400 q un
8 x.q. şəkər tozu
6 x.q. bitki yağı
3 yumurta
8 x.q. süd
1 ç.q. qabartma tozu
1 ç.q. vanilli şəkər tozu
1 çimdik duz

:
3 alma
50 q şəkər tozu
0,5 ç.q. darçın
50 q şokolad
1 l yağ (fritür üçün)
üzərinə çəkməyə yumurta

Hazırlanması:
Yumurta, süd, bitki yağı, vanilli və adi şəkər tozunu çalın.
Bir qabda un, duz, qabartma tozunu qarışdırın, sonra maye kütləni əlavə edib yoğurun. Xəmir yumşaq alınmalıdır. Xeyli yoğurmaq gərəkdir. Plyonkaya büküb 30 dəqiqə saxlayın.

Almaları təmizləyib xırda doğrayın, qazançaya yığıb şəkər tozu əlavə edin, vam odda yumşalınca bişirin. Sonda darçın əlavə edin, ocaqdan götürün. Azca soyutduqdan sonra xırda doğranmış şokolad əlavə edib qarışdırın.

Xəmiri iki yerə bölün. Birini 3 mm qalınlıqda, 7 sm enində uzun şərid kimi yayın. Sonra bu şəridi eni 3 sm olan parçalara bölün. Hər birinin ortasına azca iç qoyun, kənarlarına yumurta çəkib yapışdırın (üst-üstə qoyub bəzəkli, yaxud adi bıçaqla kəsəndə də yapışır). İkinci xəmiri də eyni qaydada hazırlayın.

Bitki yağını 160 dərəcə qızdırın. Raviolilərin hər üzünü 2 dəqiqə qızardıb çıxarın. Soyuduqdan sonra üzərinə şəkər pudrası səpin.

Alma ilə ravioli resepti - FOTO RESEPT

Alma ilə ravioli resepti - FOTO RESEPT

Alma ilə ravioli resepti - FOTO RESEPT

Alma ilə ravioli resepti - FOTO RESEPT

Alma ilə ravioli resepti - FOTO RESEPT

Alma ilə ravioli resepti - FOTO RESEPT

Alma ilə ravioli resepti - FOTO RESEPT

Alma ilə ravioli resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, əlavə, sonra, yumurta, qarışdırın, xırda, dəqiqə, tozunu, üzərinə, darçın, qabartma, bitki, vanilli, bölün, şokolad, yapışdırın, çəkib, yaxud, bıçaqla, kənarlarına
BİZİ İZLƏYİN