• Qadın barmağı resepti

Reseptin məlumatları Baxış sayı: 14 076

Tarix : 24-01-2017, 14:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta - ağını sarısından ayırın
6 xörək qaşığı şəkər tozu (75 qram)
bir stəkanın dörtdə üçü (95 qram) un
2 xörək qaşığı qarğıdalı nişastası
5 xörək qaşığı şəkər kirşanı (pudrası)

Hazırlanması:
Sobanı 175Cdək qızdırın. 2 ədəd soba listini duru yağla və ya kərə yağıyla yağlayın. Üstünə kalka kağızı sərin.
Yumurta ağlarını mikserlə yaxşıca çalın. Tədricən şəkər tozunu əlavə edib kütlə bərkiyənədək çalın.
Unu nişastayla qarışdırın. Kənara qoyun.
Ayrı qabda yumurta sarılarını cəngəllə bir az qarışdırın. Bu kütləni taxta qaşıqla çaldığınız yumurta ağına əlavə edin və yavaşca kütlələri bir birinə yedirdin. Unlu qarışığı da buraya əlavə edib, qarışdırın. Mikserlə çalmayın. Yalnız və yalnız yüngülvari hərəkətlə kütlələri bir-birinə qaşırdırın. Əks tədqirdə qurabiyələr şişməyəcək.

Nuş olsun!
Etiketlər: qaşığı, şəkər, yumurta, xörək, əlavə, qarışdırın, kütlələri, birinə, çalın, qaşıqla, çaldığınız, qoyun, Kənara, taxta, kütləni, qabda, sarılarını, cəngəllə, ağına, yedirdin
BİZİ İZLƏYİN