• Fındıqlı qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 21 831

Tarix : 24-01-2017, 21:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
• 2 yumurta
• 1 paçka yağ
• 1 stəkan şəkər pudrası
• 1 ədəd qabartma tozu
• Lazımı qədər un
• Çəkilmiş fındıq

Hazırlanması:
İstifadə edəcəyiniz yumurtalardan birinin ağını ayırıb kənara qoyun. Daha sonra fındığı çıxmaq şərtilə bütün ərzaqları qarışdırın. Diqqət edin ki, yağ otaq temperaturunda olsun. Alınan xəmiri kiçik dairələrə ayırın. Balaca topları öncə kənara qoyduğunuz yumurtanın ağına batırın, sonra da çəkdiyiniz fındığa.
180 dərəcədə qızdırılmış sobada bişirin. Çalışın ki, üstü çox qızarmasın. Üstü ağ qalsa daha gözəl görünər.

Nuş olsun!
Etiketlər: kənara, sonra, topları, qoyduğunuz, yumurtanın, Balaca, ayırın, Alınan, olsun, xəmiri, kiçik, dairələrə, ağına, batırın, qızarmasın, Çalışın, qalsa, gözəl, görünər, bişirin
BİZİ İZLƏYİN