• Albalı qırıntılı barlar resepti

Reseptin məlumatları Baxış sayı: 11 239

Tarix : 31-01-2017, 22:00

Bölmə : Peçenye reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yapışmayan yemək spreyi
470 qram yulaf əzməli peçenye
½ fincan yağ
1 ədəd yumurta, biraz çalınmış
1 çay qaşığı vanil
½ çay qaşığı badam ətiri
450 qram dondurulmuş şəkərsiz albalı, buzu açılıb yumuşalmış formada
¼ fincan şəkər
1 paket buzlu toz şəkər

Hazırlanması:
Sobanı 175 dərəcə qızdırın. Əvvəlcədən tavanın üzərinə folqa kagızını sərin. Folqanın üzərini spreylə örtün və tavanı kənara qoyun.
Yulaflı peçenyeləri dərin bir kasaya tökün. Yağı əlavə edib blenderlə iri iri qırıntılıvəziyyətdə olanacan qarışdırın və bəzək üçün 1 fincan bu qarışımdan ayırıb kənara qoyun. Qalanının üzərinə yumurta, vanil, badam ətiri töküb qarışdırın. Hazır qarışımı tavaya berabər şəkildə yayın. Orta ölçülü bir kasada albalını və şəkəri qarışdırın və bərabər şəkildə tavaya qarışımın üzərinə əlavə edin. Kənara ayırıb qoyduğunuz qarışımı da üzərinə səpin.
45 dəqiqə üstü qizaranacan sobada bişirin,bişdikdən sonra soyumasını gözləyin. Soyuduqdan sonra buzlu toz şəkəri üzərinə səpin və buzu açılanacan gözləyin. Folqanın kənarlarından tutaraq tavadan çıxarın və kvadrat formasında doğrayın.

Nuş olsun!
Etiketlər: üzərinə, qarışdırın, fincan, sonra, şəkildə, gözləyin, tavaya, səpin, şəkər, qoyun, kənara, ətiri, buzlu, vanil, yumurta, şəkəri, Folqanın, ayırıb, əlavə, qarışımı
BİZİ İZLƏYİN