• Marmaladlı peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 15 612

Tarix : 1-02-2017, 17:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 yumurta
150 gr. marqarin
Vəya kərəyağı (yumşalmış)
2,5 su stəkanı un
1/2 su stəkanı pudra şəkəri
1/2 paket qabartma tozu
2 yemək qaşığı darçın
2 yemək qaşığı marmalad pudra şəkəri

Hazırlanması:
Xəmir yoğuracağımız qaba unu qoyaq.
Unun ortasını açıb yumuşalmış marqarini, pudra şəkəri­ni, yumurtanı, qabartma tozunu, darçını əlavə edib bir xəmir yoğuraq.
xəmiri yayaq, stəkan köməyi ilə dairəvi hissələr kəsək.
Kəsilən parçaların yarısının orta hissələrini başqa bir qəliblə kəsək.
Isidilmiş 180 dərəcə sobada üzəri ağ qalacaq şəkildə bişirək.
Orta hissəsinə marmalad digər parçaları üzərinə qoyaq və pudra şəkəri ilə bəzəyək.

Nuş olsun!
Etiketlər: pudra, şəkəri, yemək, marmalad, qoyaq, qaşığı, qabartma, stəkanı, kəsək, hissələr, qəliblə, Isidilmiş, başqa, hissələrini, Kəsilən, yarısının, parçaların, dərəcə, şəkildə, digər
BİZİ İZLƏYİN