• Ballı lavandalı peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 12 466

Tarix : 3-02-2017, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 fincan yağ
½ fincan şəkər
3 yemək qaşığı bal
2 fincan un
Bir çimdik duz
2 çay qaşığı qurudulmuş lavanda

Hazırlanması:
Dərin bir qabda yağ, şəkər və balı tamam yüngül və hamar forma alanacan mikserlə çalın.
Unu, duzu və lavandanı əlavə edib tam qarışanacan yaxşıca qarışdırın.
2 ədəd plastik və ya perqament kagız götürüb xəmiri yarı bölərək onların üstünə yayın.
Kağızın kənarlarında qatlayaraq xəmiri düz uzunsov formada kağızın arasında yerləştirin və 30 dəqiqə buzluqda ya da 2 saat ərzində tamam bərkiyənəcən soyuducuda saxlayın.
Sobanı 165 dərəcə isidin. Xəmiri soyuducudan cıxarıb dilimləyin və azca yağlanmış tavada 15-20 dəqiqə, üstü saralanacan bişməyini gözləyin. Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: fincan, tamam, xəmiri, dəqiqə, qaşığı, şəkər, bərkiyənəcən, soyuducuda, saxlayın, Sobanı, ərzində, buzluqda, yerləştirin, dərəcə, formada, kağızın, arasında, soyuducudan, gözləyin, bişməyini
BİZİ İZLƏYİN