• Profitrol resepti

Reseptin məlumatları Baxış sayı: 19 321

Tarix : 24-10-2016, 20:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmiri:
2/3 st un
3 x.q marqarin
2/3 st su
1/2 x.q şəkər
3 yumurta

kremi:
1st süt
6 x.q şəkər
3 x.q un
2 x.q kərə yağı
2 yumurta sarısı
1 paket vanil

şokoladı:
1 st şəkər
3 x.q kakao
1/2 st süt
3 x.q marqarin

üstü:
1 paket krem şanti
1/2 st süd

Hazırlanması:
P.S. Əvvəl kremi və şokoladı hazır edib soyumağa qoyuruq, sonra xəmiri hazırlayırıq.

Krem üçün qazana yumurta sarısı, şəkəri və vanili töküb qarışdırırıq. Üzərinə qaynar südü yavaş-yavaş əlavə edirik və ocağa qoyuruq. Unu da qatıb,krem halına gələnə kimi qarışdıraraq bişiririk. Ən son kərə yağını qatıb bir daha qarışdırırıq və ocaqdan götürürük.
Şokolad üçün kakao, şəkər və südü bir qazana töküb qarışdırırıq.ocağın üzərinə qoyub qatılaşana kimi bişiririk. Qabı ocaqdan götürüb yağ əlavə edirik ,əriyənə kimi qarışdırıb soyumağa qoyuruq.
Xəmir üçün tavaya marqarini əlavə edib əridirik, üzərinə su və şəkəri əlavə edib qaynadırıq. Qaynayan qarışıma unu əlavə edib 5-6 dəq davamlı qarışdıraraq bişiririk. Ocaqdan götürüb 3 yumurtanı içinə qırırıq və dayanmadan xəmir halına gələnə kimi qarışdırırıq. Listə iki barmaq məsafəylə qaşığın köməkliyi ilə xəmirdən parçalar düzürük.əvvəlcədən isidilmiş sobada uzərləri az qızarana kimi bişiririk. Bu müddət ərzində sobanın ağzını qətiyyən açmırıq, yoxsa şişməzlər.
Krem şanti üçün şanti tozunu və südü mikserlə həll olana kimi qarışdırırıq.istifadə edənə kimi soyuducuda saxlayırıq.
Və ən son profiterolun hazırlanmasına gəldi sıra. Bişirdiyimiz xəmirlərin enli hissəsini qapaq şəklində kəsirik. İçinə bişirdiyimiz kremdən qoyuruq və qapağı örtürük. Hamısı eyni üsulla doldurulur,qaba yığılır.üzərinə bişirdiyimiz şokoladı tökürük. Onun da üzərinə krem şanti ilə bəzək vururuq.(krem şanti olmasa da olar).

Belə dadlı hazırlanmış yeməkdən sonra çoxlu çirkli yuyulmalı qab qalacaq. Narahat olmayın, Fairy ilə ən yağlı qabların öhtəsindən belə rahatlıqla gələ biləcəksiniz. – Dadlı.az tövsiyə edir!

http://keyfiyyetserfelidir.az/#promo2

Nuş olsun!
Etiketlər: şanti, əlavə, qarışdırırıq, üzərinə, qoyuruq, şəkər, bişiririk, şokoladı, yumurta, xəmiri, bişirdiyimiz, töküb, qarışdıraraq, yavaş, qatıb, halına, gələnə, şəkəri, götürüb, kremi
BİZİ İZLƏYİN