• Nant qaletləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 501

Tarix : 21-11-2016, 14:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 q un
75 q şəkər tozu
2 çimdik iri duz
50 q yumşaldılmış kərə yağı
1 yumurta
1 yumurtanın sarısı (üzərinə)
üyüdülmüş badam (zövqə görə)

Hazırlanması:
Yumşaldılmış yağla duzu qarışdırın. Şəkər tozu əlavə edib mikserlə eynicinsli kütlə alınanadək çalın. Yumurta qırıb bir də çalın. Un qatıb ələ yapışmayan xəmir alınanadək qarışdırın. Ola bilsin ki, göstəriləndən daha çox un gərək olsun (yumurtanın böyüklüyündən asılıdır).

Masanın üzərinə bol un səpin. Xəmiri 3-5 mm qalınlıqda yayın. Stəkanla 5 sm diametrli dairələr kəsin. Perqament döşənmiş siniyə düzün. Üzərinə yumurta sarısı çəkib çəngəllə naxışlar salın. İstəsəniz, üzərinə üyüdülmüş badam səpə bilərsiniz.

180 dərəcə qızdırılmış sobada 15-17 dəqiqə, qızılı rəng alanadək bişirin.

Soyuduqdan sonra süfrəyə verə bilərsiniz.

Hermetik bağlanan qabda saxlayın.

Nant qaletləri resepti - FOTO RESEPT

Nant qaletləri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, üyüdülmüş, badam, çalın, bilərsiniz, qarışdırın, alınanadək, sarısı, yumurta, yumurtanın, çəngəllə, çəkib, naxışlar, salın, İstəsəniz, Üzərinə, siniyə, kəsin, dairələr, Perqament
BİZİ İZLƏYİN