• Kövrək xəmirdən peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 19 532

Tarix : 14-12-2016, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q kərə yağı,
500 q un,
4 yumurta sarısı,
200 q narın şəkər tozu,
yarım çay qaşığı duz.

Bəzək üçün:
ağ şokolad və yeməli bəzək muncuğu.

Hazırlanması:
500 q ələnmiş una 400 q soyuq kərə yağını əlavə edin. Daha sonra 200 q şəkər tozunu və yarım çay qaşığı duzu da əlavə edin. Xəmiri əllərinizlə tez yoğurun ki, kərə yağı əriməsin. 4 yumurta sarısını əlavə edin və yoğurmağa davam edin. Xəmiri bürüyün və soyuducuda 30 dəqiqə saxlayın. Xəmiri 2-3 mm qalınlığında yayın. İstədiyiniz formada kəsin. Qurabiyələri perqament kağızının üzərinə düzün. 180°С temperaturda açıq-qızılı rəngə çalana kimi sobada bişirin. Əridilmiş ağ şokolad və yeməli muncuqlarla bəzəyin.

Nuş olsun!
Etiketlər: Xəmiri, əlavə, yeməli, Anchor, qaşığı, şokolad, şəkər, yumurta, yarım, kağızının, üzərinə, düzün, perqament, yayın, formada, İstədiyiniz, kəsin, Qurabiyələri, qızılı, bişirin
BİZİ İZLƏYİN