• Şokoladlı "Ürək" - zənbillər resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 981

Tarix : 24-12-2016, 22:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Qat - qat xəmiri 500q
Kərə yağı 100q
Tünd şokolad 250q
Qaymaq (30-33% yağlı) 1 stk.
Yumurta 1 ədəd
Şəkər pudrasi 1 stk.

Hazırlanması:
Əlavə lavazimat: 2 ədəd "ürək" - kəsmə formaları
Fotoda göstərildiyi kimi, kəsmə formaları vasitəsi ilə xəmirdən iki ədəd böyük ürək kəsin. Bir böyük ürəyin içində isə daha kiçik həcmli formada bir ürək kəsin, və ortada qalan kiçik hissəni çıxardın. Nəticədə xəmirdən bir bütöv-böyük ürək və bir kəsilmiş-boş ürək alınacaq.
Kəsdiyiniz xəmirdən ürəkləri fotoda göstərildiyi kimi, bir birinin üzərinə yerləşdirin. Altda bütov-böyük ürək, üstdə isə kəsilmiş-boş ürək olmalıdır. Yumurtanı azca çalıb, xəmir-ürəklərin üzərinə fırça ilə yaxın. Sobanızı 200 dərəcəyə qədər isidib 20-25 dəqiqə ərzində ürək zənbillərini bişirə bilərsiniz. Zənbillər bişdikdən sonra soyumasını gözləyin. Soyumuş zənbillərin üzərinə şəkər pudrasını səpin.
Şokoladlı içliyi hazırlamaq üçün kərə yağını və qaymağı bir qazana yerləşdirib, kiçik alovda isidin. Kərə yağı qaymağın içində tam həll olandan sonra, qazanın altını söndürə bilərsiniz. Tünd şokoladı əlinizlə kiçik hissələrə sındırın. İsinmiş yağlı-qaymaqlı kütəyə şokolad hissəciklərini əlavə edib, şokolad qaymaqda tam həll olunana kimi qarışdırmağa davam edin. Zənbillər üçün şokoladlı içlik hazırdır.
Hazırladığınız şokoladlı içliyi isti halda bişirdiyiniz zənbillərin içinə səliqəli şəkildə doldurun. Şokoladlı "Ürək" zənbilləri şirniyyatı hazırdır!

Şokoladlı "Ürək" - zənbillər resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: kiçik, böyük, xəmirdən, üzərinə, şokolad, Şokoladlı, kəsin, hazırdır, kəsilmiş, şokoladlı, göstərildiyi, içində, içliyi, bilərsiniz, sonra, yağlı, zənbillərin, Zənbillər, formaları, kəsmə
BİZİ İZLƏYİN