• "Kibrit çöpü" peçenyesi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 111

Tarix : 7-01-2017, 20:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
250 q un
125 q şəkər pudrası
125 q kərə yağı
1 paket vanil
1 çimdik duz
2 yumurtanın sarısı
2 x.q. soyuq süd

qlazur:
1 yumurtanın ağı
100 q şəkər pudrası
qida boyası
1 neçə damcı limon şirəsi

Hazırlanması:
Kərə yağını otaq temperaturunda 20 dəqiqə saxlayın. İri kubik doğrayın. Kombaynın qabına unu tökün, yağı əlavə edib ovuntuq alınanadək qarışdırın.

Alınan ovuntuğu iri qaba töküb üzərinə şəkər pudrasını ələyin. Vanil, yumurta sarıları və duz qatıb əlüstü elastik xəmir yoğurun. Lazım gələrsə, 2 x.q. soyuq süd əlavə edin.

Kündələyib qida plyonkasına bükün, soyuducuda azı 30 dəqiqə saxlayın (bir gecə də saxlamaq olar).

Xəmiri soyuducudan çıxarıb 2 yerə bölün. Birini təkrar soyuducuya qoyun. O birini 1 sm qalınlıqda yayın. Xətkeşin köməyilə 20 sm uzunu, 1 sm eni olan düzbucaqlılar kəsin. Sonra bu şəridləri ortadan iki yerə bölün (10 sm-lik "kibrit çöpləri" alınsın deyə).

Perqament döşənmiş siniyə düzün. 180 dərəcə qızdırılmış sobada 8-10 dəqiqə bişirin. Peçenyeni qızartmayın, onun rəngi açıq olmalıdır.

Qlazur. Mikserlə yumurta ağını möhkəm çalın. Mikserin yüksək sürətində çalmağa davam edərək şəkər pudrasını az-az əlavə edin. Sonra limon şirəsini qatıb bir daha çalın.

Qida boyası qatıb qarışdırın.

Peçenyelərin bir tərəfini qlazura batırıb şəbəkənin üzərində 2-3 saat qurudun. Bu peçenyeləri daha kiçik ölçüdə də hazırlamaq olar. O zaman sobada bişmə vaxtı da azalacaq.

Süfrəyə çay və qəhvəylə, uşaqlara isə isti südlə birlikdə vermək olar.

"Kibrit çöpü" peçenyesi resepti - FOTO RESEPT

"Kibrit çöpü" peçenyesi resepti - FOTO RESEPT

"Kibrit çöpü" peçenyesi resepti - FOTO RESEPT

"Kibrit çöpü" peçenyesi resepti - FOTO RESEPT

"Kibrit çöpü" peçenyesi resepti - FOTO RESEPT

"Kibrit çöpü" peçenyesi resepti - FOTO RESEPT

"Kibrit çöpü" peçenyesi resepti - FOTO RESEPT

"Kibrit çöpü" peçenyesi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, əlavə, qatıb, dəqiqə, qarışdırın, xəmir, pudrasını, bölün, sobada, yumurta, saxlayın, limon, boyası, Sonra, yumurtanın, soyuq, çalın, pudrası, rəngi, yüksək
BİZİ İZLƏYİN