Tərkibi:150 q un
150 q badam
40 q qarğıdalı nişastası
1 portağal
180 q kərə yağı
200 q şəkər tozu
1 ç.q. darçın
1 çimdik duz
Hazırlanması:Yumşaldılmış kərə yağını 120 q şəkər tozu və 1 çimdik narın duzla çalın.
Portağalı tərtəmiz yuyun, sedrasını çıxarın. Şirəsini sıxın. Sedra ilə 1 x.q. portağal şirəsini çalınmış yağa əlavə edin, qarışdırın.
Başqa bir qabda unu, xırdalanmış badamı və nişastanı qarışdırın.
Yağlı və unlu qarışıqları birləşdirin.
Yerdə qalan şəkər tozunu 1 ç.q. darçınla qarışdırın.
Xəmirdən rulet hazırlayın. Şəkər tozu və darçın qarışığına batırın. Sonra xəmiri soyuqda saxlayın. Sonra yenə yayın. Yenə bükün. Soyuducuda 1-2 saat saxlayın.
Xəmiri 8 mm qalınlıqda dairələrə doğrayın.
Perqament döşənmiş siniyə aralı-aralı düzün (yoxsa bu şəkildəki kimi bir-birinə yapışacaq).
Bişəndən sonra sinidən götürün (çox qalanda çox kövrək olur), soyudun.
Nuş olsun!
Etiketlər: qarışdırın, şəkər, çimdik, saxlayın, Sonra, darçın, aralı, portağal, bükün, yayın, Soyuducuda, qalınlıqda, kövrək, soyudun, Xəmiri, soyuqda, Şəkər, hazırlayın, qarışığına, batırın