• Nektarinli peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 12 431

Tarix : 19-02-2017, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3-4 bərk nektarin (şaftalı növü)
1 xörək q. limon şirəsi
80 qram şəkər
320 qram un
1 xörək q. qabartma tozu
Bir çimdik duz
150 qram kərə yağı
150 qram xama

Bəzək üçün:
Şəkər tozu

Hazırlanması:
Nektarinləri yuyun, qabığını soyun, tumlarını çıxardın və xırda kvadrat formasında doğrayın.
Üzərinə 2 çay qaşığı şəkər və limon sokunu əlavə edin.
Başqa qabda kərə yağını xırda-xırda doğrayın, üzərinə un, duz, şəkər və qabartmanı əlavə edin və əllə yaxşı qarışdırın.
Sonra hissə-hissə xamanı əlavə edib qarışdırn.
Nektarinləri xəmirə qatın.
Taxtanı unlayın və xəmiri 2 sm qalınlığında yayın.
Stəkan ağzı və ya xüsusi peçenye forması ilə dairələr kəsin.
Soba qabına yağlı kağız qoyun.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 20 dəqiqə bişirin.
Hazır olduqda soyuduqdan sonra üzərinə şəkər tozu səpin.

Nuş olsun!
Etiketlər: şəkər, xırda, əlavə, doğrayın, üzərinə, hissə, Nektarinləri, limon, xörək, forması, kəsin, dairələr, peçenye, Taxtanı, unlayın, yayın, qalınlığında, qabına, Stəkan, xüsusi
BİZİ İZLƏYİN