• Balqabaqlı ponçiklər resepti

Reseptin məlumatları Baxış sayı: 13 015

Tarix : 1-03-2017, 22:00

Bölmə : Peçenye reseptləri / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 x.q. yumşaq kərə yağı
1/2 stakan şəkər tozu
2 ç.q qabartma tozu
1/2 ç.q üyüdülmüş darçın
1/8 ç.q üyüdülmüş cövüz
1/2 stakan balqabaq pürəsi
1/3 stakan süd
1 yumurta
1/2 ç.q. vanil
2 stakan un
Qızartmaq üçün bitki yağı

Hazırlanması:
Qabda kərə yağını şəkər tozu ilə qarışdırın. Üzərinə qabartma tozu, duz, darçın, balqabaq pürəsi, süd, yumurta və vanil qatıb qarışdırın. Sonda un qatıb xəmir yoğurun. Xəmirin üzərin çay dəsmalı ilə örtüüb 3 saat saxlayın.

Xəmiri unlayıb 1-1,5 sm qalınlığında yayın və stakanla 5 sm diametri olan dairələr kəsin. Hər dairənin mərkəzində daha bir kiçik dairə kəsin.

Ponçikləri 2 - 2,5 dəq. qızılı rəngə qədər qızardın. Salef ilə artıq yağı ponçikləri üzərindən götürün.

Ponçiklərin üzərinə şokolad qlazuru çəkin.

Əgər qızardılmış sevmirsinizdə o zaman ponçikləri sobada 180 dərəcədə 20 dəq ərzində bişirə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stakan, vanil, yumurta, qarışdırın, ponçikləri, kəsin, pürəsi, qatıb, qabartma, balqabaq, şəkər, üyüdülmüş, darçın, üzərindən, Ponçikləri, götürün, artıq, Salef, rəngə, qədər
BİZİ İZLƏYİN