• Şokoladlı Herkules peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 14 297

Tarix : 25-02-2017, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kərə yağı 150 q (Marqarin ilə əvəz etmək olar)
Şəkər tozu 200 q
Yumurta 1 ədəd
Vanil 1/2 ç.q
Un 125 q
Qabartma tozu 1 ç.q
Qara şokolad 100 q
Herkules 200 q
Duz 1/2 ç.q

Hazırlanması:
1. Sobanı əvvəlcədən 180 dərəcə qızdırın. Sobanın listini bişirmə kağızı ilə örtün.

2. Yumşaq yağı şəkər tozu ilə çırpın.Yumurta əlavə edib birdə qarışdırın.

3. Başqa bir qabda bütün quru ərzaqları (un, qabartma, üyüdülmüş herkulesi,vanil və duzu). qarışdırın və yağlı məhlula əlavə edin. Zövqə görə 1 ç.q kakao əlavə edə bilərsiniz. Üzərinə xırda doğranmış şokoladı əlavə edib yumşaq xəmir yoğurun.

4. Xəmiri listə çay qaşığı ilə əlavə edin. 1 çay qaşığı – 1 peçenye deməkdir. Peçenyeləri əlinizlə yastılaşdırın.

7. Peçenyeni sobaya 15-25 dəq ərzində qıraqları qızaranacan bişirin. Peçenyeni sobadan çıxardıb soyudun – bu zaman onlar bərkiyəcəklər. Yalnız bundan sonra onları listdən çıxartmaq olar.

Nuş olsun!
Etiketlər: əlavə, Peçenyeni, qaşığı, qarışdırın, Yumurta, peçenye, yastılaşdırın, Peçenyeləri, əlinizlə, deməkdir, Xəmiri, doğranmış, xırda, şokoladı, yumşaq, yoğurun, xəmir, listə, ərzində, bundan
BİZİ İZLƏYİN