• Zeppole resepti

Reseptin məlumatları Baxış sayı: 11 874

Tarix : 14-03-2017, 21:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
1 stəkan su,
100 qr. kərə yağı,
1 çay qaşığı duz,
1 stəkan un,
3 yumurta

Topları bulamaq üçün:
2 stəkan şəkər tozu,
2 dolu şirin çay qaşığı toz darçın,
Qızartmaq üçün bol maye yağ

Hazırlanması:
Şəkər və darçını bir kasada qarışdırın və bir kənara qoyun. Su, kərə yağı və duzu birlikdə qaynadın. Bir səfərdə unu əlavə edin və sürətlicə qarışdırın. Təxminən bir dəqiqə içində yığışıb xəmir halına gələcəkdir. Ocaqdan götürün. Bir az soyumasını gözləyin. Yumurtaları tək-tək hər səfərində sürətlə qarışdıraraq xəmirə yedirdin. İlk başda xəmir islanacaq və yumurtanı dərhal tərkibinə qəbul etməyəcək ancaq qarışdırıb yumurtanı yaxşıca yedirdəndən sonra parlaq və hamar bir hal alacaq. Yağı dərin bir tavada və ya yumru dərin bir qazanda qızdırın. Xəmirdən şorba qaşığı ilə toplar alıb qızğın yağa atın. Bir səfərdə çox çox xəmir doldurmayın. Çevirə çevirə qızardın. Yumuşaq toplar əldə etmək üçün azcana qızarana qədər daha, çıtır toplar üçün rəngi bir az daha tünd olana qədər 3-5 dəqiqə kimi qızardın. Qızaran top bir çömçə ilə yağdan alın və kağız dəsmal üzərində çox yağlarını alın. Kasa içindəki tarçınlı şəkər tozuna bulayıb servis qabına alın.

Nuş olsun!
Etiketlər: toplar, xəmir, stəkan, qaşığı, yumurtanı, dəqiqə, qarışdırın, dərin, qədər, qızardın, şəkər, səfərdə, qızğın, doldurmayın, çevirə, Çevirə, qazanda, alacaq, hamar, parlaq
BİZİ İZLƏYİN