Tərkibi:100 q kərə yağı
0,5 st. şəkər tozu
0,5 st. bal
1 ç.q. 9%-li sirkə
1 yumurta
3 st. un
0,5 ç.q. soda
0,5 ç.q. üyüdülmüş zəncəfil
0,5 ç.q. darçın
1/4 ç.q. duz
Hazırlanması:Qazanda yağ, şəkər tozu, bal və sirkəni qarışdırıb qızdırın. Daim qarışdıraraq qaynara düşəndə ocaqdan götürün.
Bir qədər soyudun (yumurtanı bişirməyəcək temperaturadək).
Bu müddətdə başqa qabda un, soda, duz və ədviyyatı qarışdırın. Bu qarışığın bir hissəsini ballı kütləyə qatın, yumurta vurduqdan sonra unun qalanını əlavə edin.
Eynicinsli kütlə alınanadək qarışdırın. 3 yerə bölün. Kündələyib azca yastılayın. Qida plyonkasına büküb soyuducuda 2 saat saxlayın.
Masanın üzərinə un səpib kündələri 5 mm qalınlıqda yayın. Formalı bıçaqların, yaxud da badələrin köməyilə fiqurlar kəsin (badənin kənarını una batırsanız, daha asan kəsiləcək). Yağlanmış formalara düzün. 190 dərəcə qızdırılmış sobada 7-9 dəqiqə, kənarları bərkiməyə başlayanadək bişirin.
Şəbəkənin üzərində soyudun.
Nuş olsun!
Etiketlər: soyudun, şəkər, qarışdırın, yumurta, Formalı, yayın, bıçaqların, köməyilə, qalınlıqda, badələrin, yaxud, səpib, soyuducuda, büküb, plyonkasına, saxlayın, Masanın, fiqurlar, üzərinə, kündələri