• Şəkərçörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 18 465

Tarix : 13-03-2018, 10:30

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Husniyya


Tərkibi:
125 qr kərə yağı
1/2 st şəkər kirşanı(pudra şəkəri)
1 kiçik yumurta
1/4 paket vanil
1/4 paket qabartma tozu
1,5 st un

Hazırlanması:
Yumşalmış kərə yağıyla şəkər kirşanını çəngəllə əzərək tam qarışdırırıq,yumurta ağı (böyükdüsə yumurta ağının yarısını götürün) və vanili də töküb qarışdırmağa davam edirik. Sonda qabartma tozunu və unu az-az əlavə edərək əlimizlə qarışdırırıq. Ələ yapışmayan kütlə alınmalıdı. Əgər ələ yapışsa azca un əlavə edə bilərsiz. Sonra 7-8 bərabər hissəyə bölüb təpəcik kimi forma veririk,soba qabında yerləşdirəndən sonra barmağımızla ehmalca təpəciyin düz ucundan azca basaraq barmağımızın ucu boyda çuxur edirik,yumurtanın sarısını azca və ehtiyatla bu çuxurlara qoyuruq şəkildəki kimi alınmalıdı. Çuxur etmədən yumurtanı bulamağa çalışsaz şəkərçörəklərinin üzünə çox axacaq yumurta sarısı və səliqəli olmayacaq . 175' də təxminən 25-30 dəqiqəyə sobanın alt hissəsində bişirin ,axırda 5 dəq üst hissəyə qoya bilərsiz, əgər əmin olmasaz tam bişdiyinə.

Nuş olsun!
Etiketlər: yumurta, alınmalıdı, qabartma, şəkər, paket, edirik, qarışdırırıq, əlavə, bilərsiz, hissəyə, yumurtanın, ehtiyatla, qoyuruq, çuxurlara, sarısını, barmağımızın, təpəciyin, ehmalca, barmağımızla, ucundan
BİZİ İZLƏYİN