• Çiçək peçenyesi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 61 355

Tarix : 17-08-2014, 14:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200-250 q un
6 x.q. xama
150 q kərə yağı və ya marqarin
2 x.q. kakao
100 q şəkər tozu
1 ç.q. qabartma tozu
vanilli şəkər
1 çimdik duz

Hazırlanması:
Unu marqarinlə (kərə yağı ilə) ovun, duz, şəkər tozu, xama, qabartma tozu, vanil, un əlavə edib ələ yapışmayan, elastik xəmir yoğurun. Xəmiri iki yerə bölüb bir hissəsinə kakao əlavə edib yoğurun. Hər birini ayrılıqda qida plyonkasına büküb soyuducuya qoyun.

Yarım saat sonra çıxarıb 3-4 mm qalınlıqda yayın. Stəkanla (təxminən 6 sm diametrli) dairələr kəsin.

İki ağ, iki qəhvəyi dairəni növbə ilə üst-üstə çıxmaqla yanaşı düzün.
Çiçək peçenyesi resepti - FOTO RESEPT


Bunları rulet kimi bükün.
Çiçək peçenyesi resepti - FOTO RESEPT

Çiçək peçenyesi resepti - FOTO RESEPT


Sonra ortadan bıçaqla kəsin - 2 "çiçək" alınacaq.
Çiçək peçenyesi resepti - FOTO RESEPT

Çiçək peçenyesi resepti - FOTO RESEPT


Perqament döşənmiş siniyə yığıb 180 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə bişirin (çox qurutmayın).
Çiçək peçenyesi resepti - FOTO RESEPT

Çiçək peçenyesi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, yoğurun, kəsin, təxminən, əlavə, kakao, qabartma, qəhvəyi, rulet, Sonra, ortadan, bükün, düzün, çıxmaqla, növbə, bıçaqla, yanaşı, dairəni, Bunları, döşənmiş
BİZİ İZLƏYİN