Tərkibi:250 q kərə yağı və ya marqarin
170 q şəkər pudrası
1 çimdik duz
1 yumurta
2 st. un
0,5 ç.q. qabartma tozu
qida boyası
Hazırlanması:Yumşaldılmış yağı şəkər pudrası ilə çalın.
Un, duz və qabartma tozu əlavə edin.
Yumurta qırın.
Yumşaq xəmir yoğurun.
Xəmiri üç yerə bölün, hər birini ürəyiniz istəyən rəngə boyayın.
Hər xəmiri 0,5 sm qalınlıqda yayın. Dairələr kəsin, ortasında bir az xırda həlqə çəkin, iki, yaxud dörd deşik açın. Perqament döşənmiş siniyə düzün.
160 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
Nuş olsun!
Etiketlər: pudrası, şəkər, qabartma, həlqə, çəkin, yaxud, deşik, xırda, ortasında, Dairələr, kəsin, Perqament, yayın, siniyə, dəqiqə, bişirin, olsun, sobada, qızdırılmış, qalınlıqda