• Bamiyə resepti

Reseptin məlumatları Baxış sayı: 32 257

Tarix : 23-03-2018, 20:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta
1 çay qaşığı şəkər tozu
3 stəkan un
1 çimdik duz
100 qram kərə yağı
1 xörək qaşığı düyü unu və ya nişasta
2 xörək qaşığı manna yarması(zövqə görə)

Bamiyənin şərbəti üçün:
4 stəkan su
4,5 stəkan şəkər tozu
1 xörək qaşığı limon suyu

Qızartmaq üçün:
2 stəkan duru yağ

Hazırlanması:
Əvvəlcə şərbəti hazırlayırıq. Bunun üçün şəkər tozunu və suyu qazana töküb, şəkər əriyənədək qarışdırıb qaynamağa qoyuruq. Limon suyunu üzərinə əlavə edib, ocaqdan götürürük. Bamiyə xəmirini hazırlamaq üçün su və kərə yağını bir qazana töküb, su qaynamadan kərə yağını əridirik.

Ələkdən keçirdiyimiz unu yavaş-yavaş qazana əlavə edib, qarışdırırıq. Sonra duz və şəkər tozunu da töküb, qazana yapışmayan xəmir alınanadək aşağı odda təxminən 8-10 dəqiqə bişiririk. Qazanı ocaqdan götürdükdən sonra taxta qaşıqla dayanmadan qarışdırırıq ki, xəmir qabıq tutmadan soyusun. Xəmir ilıqlandıqda üzərinə bir-bir yumurtaları qırırıq. Sonra nişasta və ya düyü ununu və manna yarmasını da əlavə edərək xəmiri yaxşıca qarışdırırıq.

Daha sonra qırçınlı başlıq taxdığımız xəmir torbasına xəmiri doldurub, sıxaraq orta böyüklükdə bamiyələr hazırlayırıq. Soyuq yağ əlavə etdiyimiz tavada zəif odda hərtərəfli qızardırıq. Qızartdığmız bamiyələri dərhal soyuq şərbətin içərisinə atıb 5 dəqiqə saxladıqdan sonra qaba düzürük.

Qeyd: Hər qızartma əməliyyatından sonra, tavadakı yağı soyutmaq lazımdır. Əks halda bamiyələrin içərisi yaxşı bişməyəcək.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, sonra, qazana, qaşığı, stəkan, qarışdırırıq, töküb, xörək, xəmir, tozunu, ocaqdan, dəqiqə, üzərinə, nişasta, hazırlayırıq, yavaş, şərbəti, xəmiri, manna
BİZİ İZLƏYİN