• Türk paxlavası resepti - Video + FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 68 629

Tarix : 17-03-2017, 19:00

Bölmə : Şərbətli şirniyyatlar / Foto reseptlər / Video reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Azərbaycanda olduğu kimi, Türkiyədə də paxlavanın xeyli növü var. Onlardan birinin hazırlanma qaydası ilə tanış edirik (digər ikisi isə videolarda).

Tərkibi:
Xəmir üçün:

1 kq un
2 st. süd
100 q kərə yağı
1 yumurta
duz

İç üçün:
300 q qoz
300 q şəkər tozu

Şərbət üçün:
1 st. şəkər tozu
1 st. su
zəfəran

+100 q ərinmiş yağ
Türk paxlavası resepti - Video + FOTO RESEPT


Hazırlanması:
Unu ləyənə ələyin, yumurta qırın, süd, ərinmiş yağ, duz əlavə edib bircinsli yumşaq, ələ yapışmayan xəmir yoğurun.
Türk paxlavası resepti - Video + FOTO RESEPT


Kündələyin, təxminən 45 kündə alınır.
Türk paxlavası resepti - Video + FOTO RESEPT


Xırdalanmış qozla şəkəri qarışdırın.
Türk paxlavası resepti - Video + FOTO RESEPT


Bir kündəni götürüb napnazik yayın, üzərinə ərinmiş kərə yağı çəkin, iç səpin.
Türk paxlavası resepti - Video + FOTO RESEPT


Napnazik oxlov (yoxdursa, çubuq) götürüb lavaşı onun köməyilə rulet kimi bükün.
Türk paxlavası resepti - Video + FOTO RESEPT


Qıraqlardan «ruleti» əlinizlə ortaya doğru sıxın (qırış-qırış alınacaq).

Bütün xəmir və iç bitənədək belə paxlavalar hazırlayın. Sonra bunları yağlanmış dərin siniyə, yaxın-yaxın qoyun, üzərinə yumurta sarısı çəkin, 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Çıxarın, üzərinə ərinmiş isti yağ gəzdirin, yenə də sobaya, üstü qızaranadək bişməyə qoyun (təxminən 30-40 dəqiqə).

Şəkər tozu ilə suyu qarışdırın, zəfəran (idealda - limon) əlavə edin, qaynadın.

Üstü qızarmış paxlavanı çıxarın, üstünə şərbət gəzdirin, sobada daha 5 dəqiqə bişirin.
Türk paxlavası resepti - Video + FOTO RESEPT








Nuş olsun!
Etiketlər: ərinmiş, dəqiqə, üzərinə, yumurta, sobada, zəfəran, şəkər, bişirin, qoyun, xəmir, çəkin, qırış, götürüb, qarışdırın, təxminən, yaxın, əlavə, gəzdirin, çıxarın, Bütün
BİZİ İZLƏYİN