• Bəkməzli yuxa şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 5 116

Tarix : 11-08-2019, 16:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2ədəd yuxa,
1 yumurta ağı

İç xərci üçün:
1 su stəkanı doğranmış qoz,
1 su stəkanı doğranmış fındıq,
yarım stəkan üzüm,
4 yemək qaşığı üzüm bəkməzi,

Şərbəti üçün:
3 stəkan su,
3 stəkan toz şəkər,
2 – 3 damcı limon suyu,
Qızartmaq üçün lazım olan ərzaqlar:
Maye yağ,

Süsləmək üçün:
Toz fıstıq,

Hazırlanması:
Qoz və fındıqları incə -incə doğrayın.
Üzümləri suda saxlayın.
Ardından qoz, fındıq, üzüm və bəkməzi qarışdırın.
Şərbəti üçün olan ərzaqları bir sos qazanında qaynamağa buraxın. Şərbət yetəri qədər qaynadıqdan sonra 2 – 3 damcı limon suyu sıxıb soyumaya buraxın.
Yuxanı ortadan ikiyə kəsin.
Boyuna olacaq şəkildə 4 barmaq genişliyində uzun lent halında kəsin.
Hazırladığınız iç xərcindən 1-2 şirniyyat qaşığı kəsdiyiniz yuxa lentinin içərisinə qoyun və sərin.
Qatlayarkən yuxanın ucunu yumurta ağına bulayaraq qapadın.
Bir tavada yağı yaxşıca qızdırın və hazırladığınız börəklərinizi qızardın.
Tamamən qızartdıqdan sonra üzərinə soyukq şərbət tökün. Servis edərkən üzərini toz fıstıq ilə süsləyin.

Nuş olsun!
Etiketlər: stəkan, Şərbəti, bəkməzi, limon, kəsin, buraxın, sonra, fıstıq, qaşığı, damcı, stəkanı, doğranmış, fındıq, yumurta, Hazırladığınız, yuxanın, ucunu, Qatlayarkən, bulayaraq, ağına
BİZİ İZLƏYİN