• Hindistan mətbəxindən – Jalebi resepti

Reseptin məlumatları Baxış sayı: 13 564

Tarix : 26-12-2020, 12:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1.5 stəkan ələnmiş un
1.5 ç/q manna
1/4 çay qaşığı soda
1 x/q qatıq
Su (xəmir üçün 1 stəkan; şərbət üçün 1 stəkan)
Duru yağ (qızartmaq üçün)
1.5 stəkan şəkər tozu (qəhvəyi)
1 ç/q təzə sıxılmış limon suyu

Hazırlanması:
Dərin bir qaba ələnmiş unu, mannını, sodanı, qatığı və isti suyu əlavə edib yaxşıca qarışıdırın. Xəmirin üstünü örtüb, 2 saat isti yerdə saxlayın.

İndi isə şərbəti hazırlayaq. Bir qazana suyu, sıxılmış limon suyunu və qəhvəyi şəkər tozunu əlavə edin. Şərbəti qaynayana qədər sobanın üstündə saxlayın. Daha sonra soyuması üçün kənara qoyun.

Jalebi spiral formasında hazırlanır. Bunun üçün xəmirdən bir parça ayırıb nazik, uzun formalar hazırlayın. Daha sonra bu formaları spiral formasına salın. Tavaya duru yağ əlavə edin. Yağ elə olsun ki, Jalebilər tavanın dibinə düşməsin, yağın üstündə qızarsın. Jalebilərin hər tərəfini qızılı rəng alana qədər qızardın. Bişən Jalebiləri salfetkanın üzərinə qoyun ki, əlavə yağını özünə çəksin. Hazır olan Jalebiləri şərbət salıb, süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, stəkan, sıxılmış, şəkər, sonra, limon, üstündə, qədər, Jalebiləri, şərbət, saxlayın, qəhvəyi, qoyun, spiral, ələnmiş, Jalebilər, olsun, Tavaya, tavanın, parça
BİZİ İZLƏYİN