• Limonla zəncəfilin uyumu ilə ləzzətli şirniyyat resepti

Reseptin məlumatları Baxış sayı: 3 077

Tarix : 15-05-2021, 10:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta kiçikdirsə 4
1 stəkan mannı/ 250 ml su
1 stəkan qatıq
1 stəkan un
1 çay fincanı yağ
1 çay stəkanı dənəvər şəkər
1 paket qabartma tozu
1 paket vanil
1 limon qabığı
1 çay qaşığı zəncəfil

Şərbət üçün:
3 stəkan şəkər
3.5 stəkan su
1 dilim limon
Şərbəti qaynamağa başladıqdan sonra 10 dəqiqə yavaş odda bişirin.

Hazırlanması:
Əvvəlcə şərbət bişirin və soyudum.
Sonra yumurtaları bir qaba qırın.
Üzərinə 1 çay stəkanı dənəvər şəkər əlavə edin və qarışdırıcının köməyi ilə dənəvər şəkər tamamilə həll olana qədər qarışdırın.
Bir stəkan yağ, bir stəkan qatıq və bir stəkan mannı əlavə etdikdən sonra yenidən qarışdırın.
Nəhayət, bir stəkan un, bir paket soda, limon qabığı, zəncəfil və bir paket vanil əlavə edib yenidən qarışdırın.
Qarışığı yağlanmış tavaya tökün.180 dərəcə qızdırılan sobada bişirin.
Sobadan çıxardıqdan sonra revaninin ilk istiliyi çıxarıldıqdan sonra şərbətini üstünə tökün və şərbət əmilənə qədər gözlədin.

Nuş olsun!
BİZİ İZLƏYİN