• Fındıqlı paxlava resepti

Reseptin məlumatları Baxış sayı: 38 837

Tarix : 2-06-2014, 05:24

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 10-12


Tərkibi:
Lazımı qədər paxlavalıq un
3 ədəd yumurta
1 çay stəkanı süd
1 çay stəkanı duru yağ
1 çimdik duz
1 kasa nişasta
1 paket marqarin
350 qram fındıq

Şərbət üçün:
5 su stəkanı toz şəkər
4 su stəkanı su
1/4 limon suyu

Hazırlanması:
Əvvəlcə şərbət üçün su və şəkəri qaynadıb, enməsinə yaxın limon suyunu əlavə edək. Soyuması üçün gözlədək. Unun ortasını açıb kimi açıb, yumurtaları, südü, duru yağı və duzu əlavə edib, yoğuraraq köklü bir xəmir əldə edək. Xəmirdən 30 kündə edib, üzərinə nəmli bez örtərək 20 dəqiqə gözlədək. 10 kündəni nişasta səpərək servis qabı böyüklüyündə ayrı-ayrı açaq. Yuxaların aralarına bol nişasta səpərək 10 yuxanl üst-üstə sərək və yuxaları birlikdə mümkün olduğunca incə bir şəkildə açaq. Digər kündələrə də də eyni əməliyyatı edək. Qabı marqarinlə yağlayıb, yuxaları üst-üstə sərək. Üzərinə iri döyülmüş fındıq səpərək digər 15 yuxanı yerləşdirək. Marqarini əridib yüngülcə rəng dəyişdirənə qədər isidib, yuxaların üzərində gəzdirək. Əvvəldən isidilmiş 180 dərəcə sobada qızarana qədər bişirək. Paxlava soyuduqdan sonra şərbəti üzərinə gəzdirək.

Nuş olsun!
Etiketlər: stəkanı, səpərək, nişasta, qədər, sərək, limon, fındıq, üzərinə, yuxaları, gözlədək, gəzdirək, əlavə, Üzərinə, döyülmüş, yuxanı, digər, kündələrə, olduğunca, mümkün, birlikdə
BİZİ İZLƏYİN