• Çələbi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 58 140

Tarix : 2-06-2014, 12:12

Bölmə : Şərbətli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Hind mətbəxindən çələbinin hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:
0,5 st. buğda unu
0,5 st. mannı yarması
1 çimdik zəfəran
1 x.q. limon şirəsi
3-4 x.q. qəhvəyi şəkər tozu
bitki yağı (qızartmaq üçün)
200 q yulaf lopası (yaxud 1 st. qarışıqsız yoqurt)

Hazırlanması:
Əvvəlcə "yulaf südü" hazırlayın. Bunun üçün yulaf lopasının üzərinə 1,5 l su töküb bir gecə saxlayın. Sabahı gün cunadan süzün. 1 st. yulaf südü gərək olacaq.

Mannı və unu qarışdırın, duz, 1 x.q. bitki yağı, az-az yulaf südü əlavə edin. Xəmir duru olmalıdır. Yulaf südü yerinə yoqurt götürə bilərsiniz.
Çələbi resepti - FOTO RESEPT

Tavada bitki yağını qızdırın. Konditer şprisinə xəmiri doldurun, xırda ucluq taxın.
Çələbi resepti - FOTO RESEPT

Qızmış yağa xəmiri spiral formasında salın. Bunu sürətlə etmək lazımdır.
Çələbi resepti - FOTO RESEPT

Hər iki üzünü qızılı rəng alanadək qızardın.
Çələbi resepti - FOTO RESEPT

Zəfəran şərbəti: 1 çimdik zəfəranın üzərinə yarım stəkan qaynar su töküb dəmləyin. Süzün, 1 x.q. limon şirəsi və qəhvəyi şəkər əlavə edin. Qarışdırın.
Çələbi resepti - FOTO RESEPT

Calebiləri bu şərbətə batırın.
Çələbi resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: yulaf, bitki, şəkər, qəhvəyi, şirəsi, üzərinə, xəmiri, əlavə, töküb, limon, yoqurt, çimdik, Qızmış, taxın, ucluq, spiral, formasında, sürətlə, salın, xırda
BİZİ İZLƏYİN