• Gombul oladilər resepti

Reseptin məlumatları Baxış sayı: 18 134

Tarix : 29-04-2015, 21:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Tərkibi:
2 st. (500 q) un
3 yumurta
2 st. (200 ml) süd
1 çimdik duz

Hazırlanması:
Yumurtaları duzla çalın, südün bir hissəsini tökün, dayanmadan qarışdıraraq unu əlavə edin (lopa qalmasın).
Südün qalanını da əlavə edib qarışdırın.
Yanaşı yumru çökəkli xüsusi qabınız yoxdursa, keks (maffin) qablarını yağlayıb qızdırın, 2/3 hissəsinədək xəmir tökün.
Sobanı 230 dərəcə qızdırın. Oladiləri 15 dəqiqə bu temperaturda bişirin. Sonra dərəcəni 180-ə endirin, daha 20 dəqiqə bişirin.
Süfrəyə mürəbbə, şirin sous və ya kremlə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, qızdırın, tökün, bişirin, Sobanı, dərəcə, Oladiləri, xəmir, hissəsinədək, qablarını, yağlayıb, olsun, bilərsiniz, temperaturda, dərəcəni, endirin, Süfrəyə, şirin, Sonra
BİZİ İZLƏYİN