• Xəlbir naxışlı şirniyyat resepti

Reseptin məlumatları Baxış sayı: 63 841

Tarix : 17-07-2015, 20:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 şorba qaşığı qatıq,
1 su stəkanı yağ(marqarin və ya duru yağ),
1 çay stəkanı şəkər,
1 paket qabartma tozu,
3,5 su stəkanı un,
1 limon qabığı rəndəsi,

Şərbəti üçün:
3 su stəkanı şəkər,
3 su stəkanı su,
1 çay qaşığı vanilin,

Hazırlanması:
Qatığı, şəkəri, yağı, rəndələnmiş limon qabığını bir qabda şəkər əriyənə qədər qarışdırın.
Daha sonra qabartma tozu qarışdırdığınız unu əlavə edib yoğurun.
Hazırladığınız xəmiri 1 saat dincə qoyun.
Xəmirdən qoz böyüklüyündə parçalar qopardıb oval şəkli verin.
Rəndənin iri tərəfini xəmirin üzərinə bastırıb yağlanmış tabağa yığın.
Bütün xəmir bitincə orta atəşdə fırında qızarana qədər bişirin.
Bir qazanda suyu və şəkəri vam odda 15 dəqiqə qaynadın.
Vanilini də əlavə edib atəşdən alın və soyumaya qoyun.
Fırından çıxartdığınız isti şirniyyata soyuq şərbət tökün.
Şirniyyat şərbətini çəkib soyuyunca servis edin.

Nuş olsun!
Etiketlər: stəkanı, şəkər, qabartma, limon, şəkəri, qaşığı, qoyun, qədər, əlavə, qızarana, fırında, qazanda, dəqiqə, bişirin, xəmir, tabağa, yağlanmış, bastırıb, yığın, Bütün
BİZİ İZLƏYİN