• Ückünc qozlu paxlava resepti

Reseptin məlumatları Baxış sayı: 22 480

Tarix : 30-07-2015, 22:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
15 ədəd paxlava yuxası,
1 kasa döyülmüş qoz,
2 yemək qaşığı şəkər,
125 q kərə yağı,
2 yemək qaşığı duru yağ,

Ückünc qozlu paxlava şərbəti üçün:
1,5 stəkan şəkər,
1, 5 stəkan su,
1 yemək qaşığı limon suyu,

Hazırlanması:
Əvvəlcə şərbəti hazırlayın.
Şəkər və suyu 10 dəqiqəyə yaxın qaynadın.
Daha sonra limon suyunu əlavə edib 5 dəqiqə daha qaynadın.
Sonra soyumağa qoyun.
Qoz ilə iki yemək qaşığı şəkəri qarışdırın.
Kərə yağını əridin.
Sonra duru yağla qarışdırın.
Yuxaları üç hissəyə ayırın.
Üç qat aralarnı yağlayaraq üst-üstə qoyun.
Hər qatı yaxşı-yaxşı yağlayıb üst-üstə qoyun.
Daha sonra hazırladığınız bu yuxaları 4-5 yerə bölün.
Uzun-uzun üç barmaq qalınlığında kəsiklər olacaqdır.
Daha sonra bu uzun parçaların üzərinə hazırladığınız qozu səpin.
Hər bir parçanı üçkünc bükün.
Bütün yuxaları bu şəkildə hazırladıqdan sonra yağlanmış siniyə yığın.
Üzərini təkrar fırça ilə yağlayın.
170 dərıcə qızdlrılmış fırında üzəri qızarana qədər bişirin.
Bişən börəklərin üzərinə soyuq şərbəti əlavə edin.
Bundan sonra Ückünc qozlu paxlava qalan qoz ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: sonra, qaşığı, yemək, şərbəti, qoyun, paxlava, əlavə, qarışdırın, hazırladığınız, üzərinə, yuxaları, qaynadın, yaxşı, Sonra, qozlu, limon, stəkan, şəkər, Ückünc, Üzərini
BİZİ İZLƏYİN