• Fındıqlı paxlava resepti

Reseptin məlumatları Baxış sayı: 25 034

Tarix : 21-07-2015, 18:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Lazımı qədər paxlavalıq un,
3 ədəd yumurta,
1 çay stəkanı süd,
1 çay stəkanı duru yağ,
1 çimdik duz,
1 kasa nişasta,
1 paket marqarin,
350 qram fındıq,

Şərbət üçün:
5 su stəkanı toz şəkər,
4 su stəkanı su,
1/4 limon suyu ,

Hazırlanması:
Fındıqlı paxlava hazırlayarkən əvvəlcə şərbət üçün şəkər tozunu suda həll edin və qaynadın.
Fındıqlı paxlava şərbəti hazır olmağa yaxın limon suyunu əlavə edin. Soyuması üçün gözləyin.
Başqa bir qabda unun ortasını açıb, yumurtaları, südü, duru yağı və duzu əlavə edib, yoğuraraq köklü bir xəmir əldə edin.
Xəmirdən 30 kündə hazırlayın.
Kündələrin üzərinə nəmli bez örtərək 20 dəqiqə gözlədin.
10 kündəni nişasta səpərək servis qabı böyüklüyündə ayrı-ayrı açın.
Fındıqlı paxlava yuxalarının aralarına bol nişasta səpərək 10 yuxanl üst-üstə sərin.
Yuxaları mümkün olduqca incə bir şəkildə açın. Digər kündələrə də də eyni əməliyyatı təkrar edin. Qabı marqarinlə yağlayıb, yuxaları üst-üstə sərin. Üzərinə iri döyülmüş fındıq səpərək digər 15 yuxanı yerləşdirin.
Marqarini əridib yüngülcə rəngi dəyişənə qədər isidib, yuxaların üzərində gəzdirin.
Əvvəldən 180 dərəcə isidilmiş sobada qızarana qədər bişirin.
Paxlava soyuduqdan sonra şərbəti üzərinə gəzdirin.

Nuş olsun!
Etiketlər: stəkanı, Fındıqlı, səpərək, nişasta, qədər, paxlava, limon, şəkər, gəzdirin, şərbəti, üzərinə, fındıq, sərin, əlavə, təkrar, digər, marqarinlə, döyülmüş, Üzərinə, yuxaları
BİZİ İZLƏYİN