• Ramazan süfrəsi üçün kremalı, vişnəli süd aşı resepti

Reseptin məlumatları Baxış sayı: 14 836

Tarix : 11-01-2016, 23:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
1 litr süd
1 stəkan krema
1 stəkan şəkər tozu
3 qaşıq düyü
2 qaşıq qarğıdalı nişastası
300 qram vişnə
1 ədəd yumurtanın sarısı
Kremalı, vişnəli süd aşı (ramazan süfrəsi üçün)

Hazırlanması:
Vişnələrin çiyidini çıxardın. Bundan sonra bu vişnələri kremalı, vişnəli süd aşı hazırlanacaq olan qabların dibine düzün. Sonra bu qabları dərin bir duxovka sinisinə düzün.
Düyüləri suda bişirin. Yaxşıca bişdikdən sonra suyunu süzün.
Südaşı qazanına südü qoyun. Bişmiş düyüləri də əlavv edin. Toz şəkəri və kremanı da əlavv edin. Yumurtanın sarısını da qazana qoyun. Çırpma teli vasitəsi ilə qarışdıraraq bişirin.
Qarğıdalı nişastasının üzərinə 1 kiçik stəkan soyuq su qoyun və qaşıq vasitəsi ilə qarışdıraraq nişastanı suda əridin.
Süd aşı qaynamağa başladıqdan sonra bu qarışdırdığınız nişastanı yavaş – yavaş südə əlavə edin. Arada qatılığını kontrol edin.
Qaynamaqda olan axıcı süd aşını çömçə vasitəsi ilə dibinə vişnə qoyduğumuz qablara qoyun. Duxovka sinisinin yarısına qədər soyuq su qoyun. Duxovkanı 200 dərəcəyə isidin. Bundan sonra sinini duxovkaya verin. Süd aşının üzəri qızaranda duxovkadan çıxardın.
Soyuq halda servis edilir.

Nuş olsun!
Etiketlər: qoyun, sonra, qaşıq, vasitəsi, stəkan, bişirin, Bundan, yavaş, nişastanı, qarışdıraraq, soyuq, çıxardın, əlavv, düzün, vişnəli, vişnə, duxovkadan, Soyuq, əlavə, Arada
BİZİ İZLƏYİN