• Bakı paxlavası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 79 960

Tarix : 17-03-2017, 09:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
1 kq un
2 yumurta sarısı
200 qr xama
100 qr ərinmiş kərə yağı
0,5 lt süd
1 x/q maya
1 çimdik sarıkök
duz

Yağlamaq üçün:
1,5 kq ərinmiş kərə yağı

İçlik üçün:
0,5 kq qoz ləpəsi
0,5 kq şəkər tozu
hil
cöüz (мускатный орех)

Şərbət üçün:
2 stəkan şəkər tozu
1 stəkan qaynar su
yarım ç/q limon suyu

Hazırlanması:
1. İçlik yaxşı olar ki, 1 gün əvvəl hazırlansın. Qozu biraz tavada qızardıb ləpə çəkəndə çəkirik.
2. Hil və cöüz (мускатный орех) tavada biraz qızardılır və üyüdülüb toz halına salınır.
3. Ləpəyə ədviyyat, şəkər tozu əlavə edilib qarışdırılır. İçlik hazırdı.
4. Xəmiri hazırlamaq üçün yekə qab götürülür un ələklə ələnir.
5. Unun üzərinə yumurta sarıları, xama, maya, bir çikdik duz və sarıkök əlavə edilir.
6. Başqa qazanda kərə yağı ilə süd qarışdırılır (hər ikisi də ilıq olmalı) və una əlavə edilib yumuşaq xəmir yoğrulur.
7. 1 saat xəmiri isti yerə qoyuruq ki, acısın.
8. Xəmir acıyandan sonra 12 hissəyə bölünür. 2 böyük kündə, 10 kiçik kündə hazırlanır. Xəmirin arasını yağlamaq üçün istifadə edəcəyimiz yağı qızdırırıq ki soyuq olmasın (ilıq olmalı).
9. İlk olaraq tavanı yağlayırıq. Böyük kündədən birini açıb tavaya qoyuruq. İlk acdığımız xəmir nisbətən qalın olmalıdı.
10. Açılan xəmirin üstünü yağlayıb üzərinə içlikdən səpirik.
11. Bütün kündələri eyni qayda ilə edirik.
12. Axırda böyük kündə açılır.Amma ona yağ, içlik vurulmur.
13. Bıçağın köməyi ilə xəmir paxlava şəklində kəsilir.
14. Xəmirin üzərinə yumurta sarısı ilə sarıkök qarışığı vurulur.
15. Əvvəlcədən isidilmiş 200 dərəcə sobada bişirilir.
16. Üstü biraz qızaranda sobadan çıxarılır, kəsilən paxlavalar yenıdən bıçaqla kəsilir və paxlavanın üzərinə 2 stəkan ərinmiş kərə yağı tökülür (hər tərəfinə eyni miqdarda düşməlidi).
17. Yenidən paxlava sobaya qoyulur.
18. Paxlava bişə-bişə şərbətini hazırlayırıq. Bunun üçün qazana şəkər tozu, su, limon suyu tökülür 5 dəqiqə qaynadılır.Biraz qatı olmalıdı.
19. Paxlavanın üzü tam qızardıqda sobadan çıxardılır isti şərbət paxlavaya qaşıqla tökülür.Elə tökməliyik ki hər tərəfinə eyni miqdarda yayılsın.
20. Sonra soyumağa qoyuruq. Tam soyuduqdan sonra bıçağın köməyi ilə paxlavalarımızı kəsib çıxardırıq.

Bakı paxlavası resepti - FOTO RESEPT

Bakı paxlavası resepti - FOTO RESEPT

Bakı paxlavası resepti - FOTO RESEPT

Bakı paxlavası resepti - FOTO RESEPT

Bakı paxlavası resepti - FOTO RESEPT

Bakı paxlavası resepti - FOTO RESEPT

Bakı paxlavası resepti - FOTO RESEPT

Bakı paxlavası resepti - FOTO RESEPT

Bakı paxlavası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: ərzaqlar, lazım, şəkər, üzərinə, tökülür, sarıkök, xəmir, İçlik, ərinmiş, stəkan, qoyuruq, əlavə, kündə, yumurta, biraz, kəsilir, paxlava, tavada, Xəmirin, sonraçevirmək
BİZİ İZLƏYİN