• Südlü halva resepti

Reseptin məlumatları Baxış sayı: 24 346

Tarix : 22-06-2016, 21:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 gr marqarin
2 su stəkanı duru yağ
1.5 (3/2) su stəkanı Süd
100 q kərə yağı
7 su stəkanı un
1 ədəd yumurta

Şərbəti üçün:
2 su stəkanı su
1 su stəkanı süd
3 su stəkanı toz şəkər

Üzəri üçün:
fındıq (çəkilmiş)

Hazırlanması:
Unu dərin qaba töküb üzərinə yumurta əlavə edərək əl ilə qarışdırılır.
Üzərinə 1,5 su stəkanı süd əlavə olunub təkrar qarışdırılır.
Qarışıq yaxşıca yoğrulur.
Sonra bir süzgəcə töküb iriləri yuxarıda, kiçik və toz şəklində olanlar altda qalacaq şəkildə ələnir.
Bir tavada duru yağ, marqarin və kərə yağı əridilərək qarışdırılır.
Süzgəcin üzərinə qalan böyük parçalar yağda qızarana qədər qovrulur.
Üzərinə toz şəklindəki unlu qarışığı əlavə edib qızılı-sarısı rəng alana qədər qovrulur.
Qazan ocaqdan alınıb öncədən hazırlanmış şəkər, su və südün qaynadılmış və soyudulmuş şərbət, halvaya əlavə edilir.
Şərbət havlava hopduqdan sonra süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, qarışdırılır, qovrulur, üzərinə, Üzərinə, qədər, töküb, marqarin, şəkər, yumurta, Qazan, alana, ocaqdan, alınıb, öncədən, sarısı, şəklindəki, qarışığı, yağda
BİZİ İZLƏYİN