• Soçi paxlavası resepti

Reseptin məlumatları Baxış sayı: 21 814

Tarix : 8-02-2017, 12:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kərə yağı - 200 qr
Un - 3 yemək qaşığı.
Yumurta sarısı - 2 ədəd.
Xama - 300 qr

İçi üçün:
Qoz - 300 qr
Şəkər - 200-250 qr
Yumurta ağı - 5 ədəd.

Üzərinə:
Bal - 8 yemək qaşığı
Yumurta sarısı - 3 ədəd.
qoz

Hazırlanması:
1) Unu kərə yağı ilə bıçaqla döyün ( əl ilə də ovmaq olar). Yumurta sarısı, vanil, xama, söndürülmüş soda əlavə edin, xəmir yoğurun;

2) Xəmiri 3 kündəyə bölün, 1 saatlıq soyuducuya qoyun;

3) İçliyin hazırlanması: yumurta ağlarını şəkər tozu ilə çalın, qoz ləpəsini xırda doğrayın (maşından keçirmək də olar);

4) Xəmiri yayın, formanın içinə qoyun. Doğranmış qoz ləpəsini hər tərəfə bərabər səpin. Üzərinə şəkərlə çalınmış yumurta ağının yarısını əlavə edin, bərabər yayın;

5) İkinci qat xəmiri yayın, üzərinə qoyun. Yenə də doğranmış qoz ləpəsini hər tərəfə bərabər səpin, şəkərlə çalınmış yumurta ağının qalan hissəsini əlavə edin, bərabər yayın;

6) Üçüncü kündəni də yayın, üst qata qoyun. Üzərinə yumurta sarısı çəkin, kvadrat və ya romb şəklində doğrayın. Zövqə görə bəzəmək olar(qoz ləpəsi və s.);

7) 180 dərəcə qızdırılmış sobada 30-40 dəq. bişirin. Hazır olmağını diş cöpü ilə yoxlayın.

Nuş olsun!
Etiketlər: yayın, Yumurta, yumurta, qoyun, bərabər, sarısı, Üzərinə, ləpəsini, əlavə, ağının, Xəmiri, çalınmış, tərəfə, səpin, şəkərlə, doğrayın, söndürülmüş, qalan, doğranmış, hissəsini
BİZİ İZLƏYİN