• Pərdə şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 14 187

Tarix : 4-02-2017, 16:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 paket paxlavalıq yufka,
1 çay stəkanı duru yağ,
Çəkilmiş qoz və ya fındıq içi.

Sousu üçün:
2 ədəd yumurta,
1 su stəkanı duru yağ,
1 su stəkanı süd,
1 çay stəkanı toz şəkər,
1 paket qabartma tozu.

Şərbəti üçün:
3 su stəkanı toz şəkər,
3 su stəkanı su,
6-7 damcı limon suyu.

Hazırlanması:
Əvvəlcə şərbəti üçün su, şəkər və limon suyu qazana qoyulub qarışdırılır.
Qaynamağa başladıqdan sonra aşağı temoeraturda 10 dəqiqə daha qaynadılır və hazırlanan şərbət soyumağa qoyulur.
Sousunu hazırlamaq üçün yumurta, toz şəkər, duru yağ, süd və qabartma tozu, bir qaba qoyulub qarışdırılır.
1 ədəd hazır paxlava yufkası sərilir və üzərinə çəkilmiş qoz və ya fındıq içi səpilir.
İki əllə yufkanın aşağı ucundan başlayaraq yuxarı doğru itələnir və yelpinc kimi bükülür.
şirniyyat yağlı soba listi içərisinə yerləşdirilir.
Hazırlanan şirniyyat üzərinə fırça köməyi ilə 1 çay stəkanı duru yağ çəkilir.
əvvəlcədən isidilmi 175° sobada, üzəri çəhrayı olana qədər bişirilir. (10 dəqiqə).
Bişəndən sonra üzərinə sous gəzdirilərək yenə sobaya qoyulur.
Üzəri qızarana qədər 15 dəqiqə bişirilir.

Nuş olsun!
Etiketlər: stəkanı, şəkər, üzərinə, dəqiqə, qarışdırılır, qoyulub, qədər, qoyulur, şirniyyat, paket, limon, aşağı, sonra, yumurta, bişirilir, qabartma, fındıq, sobaya, listi, içərisinə
BİZİ İZLƏYİN