• Paxlava resepti

Reseptin məlumatları Baxış sayı: 16 655

Tarix : 26-11-2016, 14:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 yumurta;
150 qr ərinmiş yağ;
1 stəkan ilıq süd;
Duz, maya, un nə qədər lazım olsa.

İçlik:
1 kq ləpə;
800 qr şəkər;
5-6 dənə əzilmiş hil.

Şirə:
1 stəkan suya;
1 stəkan şəkər (balla əvəzləmək olar).

Bəzədilməsi üçün:
dəmlənmiş zəfəran, ləpə (istənilən).

Hazırlanması:
1. İçlik ağ rəngdə alınsın deyə, ləpə sobada azca qovrulub təmizlənir. Sonra qozçəkən maşından keçirilib, hil və xırda şəkər qatılıb qarışdırılır.
2. Dərin qabda ilıq süd tökülür, maya və duz həll edilir. Sonra yumurta və ərinmiş yağ südə əlavə edilir, qarışdırılır. Yumşaq xəmir alınsın deyə un apardığı qədər tökülür və əl ilə yoğrulur. Xəmir özünü tutsun deyə 30 dəqiqəlik kənara qoyulur. 4 iri və 8 kiçik kündələr hazırlanır.
3. İri dərin tavada 2 iri kündə açılır və arası yağlanıb üst üstə yığılır.

Nuş olsun!
Etiketlər: stəkan, şəkər, Sonra, yumurta, tökülür, edilir, alınsın, qarışdırılır, qədər, İçlik, ərinmiş, tutsun, dəqiqəlik, kənara, qoyulur, özünü, Xəmir, xəmir, apardığı, yoğrulur
BİZİ İZLƏYİN