• Gürcü paxlavası resepti

Reseptin məlumatları Baxış sayı: 19 866

Tarix : 13-02-2017, 21:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 qram kərə yağı
0,5 su stəkanı şəkər
0,5 su stəkanı xama
3 yumurta sarısı
5 yumurta ağı
3 su stəkanı un
1 paket qabartma tozu
400 qram qoz ləpəsi
1 xörək q. hil
Şəkər tozu zövqə görə

Iç üçün:
1,5 su stəkanı şəkər

Üzərinə:
2 yumurta sarısı

Hazırlanması:
Unu qabartma ilə qarışdırın.
Yağ və 3 yumurta sarısı, xama əlavə edin və xəmir hazırlayın.
20 dəqiqə sobada saxlayın və 2 hissəyə bölün.
Iç hazırlamaq üçün qozu xırda doğrayın.
Yumurta ağını bərkiyənə qədər mikserlə çalın, şəkər əlavə edin və qozla qarışdırın.
Soba qabını yağlayın.
Xəmiri qaba yayın, üstünə içi çəkin və o biri kündəni də yayıb üstünə qoyun.
Üzərinə çalınmış yumurta sarısı çəkin.
Kvadrat formada qabın içində doğrayın.
Əvvəlcədən isdilmiş 190 dərəcəli sobada 35 dəqiqə bişirin.
Hazır olduqda üstünə hil və şəkər tozu səpin.

Nuş olsun!
Etiketlər: yumurta, sarısı, şəkər, stəkanı, üstünə, əlavə, sobada, doğrayın, qarışdırın, çəkin, dəqiqə, Üzərinə, qabartma, yayıb, qoyun, Xəmiri, olduqda, kündəni, səpin, Hazır
BİZİ İZLƏYİN