• Ad günü tortu resepti

Reseptin məlumatları Baxış sayı: 66 410

Tarix : 2-09-2014, 23:13

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3/4 st. un
kərə yağı: 140 q - biskvit, 130 q - südlü sufle, 100 q - badamlı sufle, 100 q - qaymaqlı krem üçün
şokoladlı qlazur: 80 q biskvit, 100 q - bəzək üçün
şəkər tozu: 1/2 st. biskvit və 4 ç.q. südlü sufle üçün
6 yumurta
2 x.q. nişasta
1/4 ç.q. soda
yumurta ağı: 3 əd. - südlü sufle və 3 əd. - badamlı sufle üçün
qatılaşdırılmış süd: 3 x.q. - südlü sufle, 3 x.q. - badamlı sufle və 2 x.q. - qaymaqlı krem üçün
1 x.q. quru süd
şəkər pudrası: 1 x.q. südlü sufle, 1/2 ç.q. - badamlı sufle və 2 x.q. qaymaqlı krem üçün
limon turşusu: 1/6 ç.q. - südlü sufle və 1/6 ç.q. badamlı sufle üçün
1/4 ç.q. limon esensiyası
60 q badam
1/2 ç.q. darçın
200 q martsipan
1/2 ç.q. vanilli şəkər pudrası

Hazırlanması:
Şokoladlı qlazur: şokoladı xırdalayın, 4:1 nisbətində kərə yağı ilə qarışdırın. Su hamamında qızdıraraq qarışdırın.
Yağlı-şokoladlı biskvit üçün yumurta ağlarını şəkər tozu ilə çalın, sonra 30 dərəcə C qızdırılmış yağla şokolad qarışığını əlavə edin. Nişasta ilə qarışdırılmış un, soda səpin, yoğurun.

İçinə perqament döşənmiş siniyə töküb hamarlayın. 200-220 dərəcə C qızdırılmış sobada 10-15 dəqiqə bişirin.

Südlü sufle: şəkər tozu və suyu vam odda bişirin. Qaynar siropu əvvəlcədən 10-15 dəqiqə çalınmış yumurta ağına isti-isti, nazik axınla əlavə edin, çalmağı dayandırmayın. Çox köpüklənənə qədər çalın.
Sona doğru yumşalmış yağ, qatılaşdırılmış süd, şəkər pudrası, limon turşusu və quru süd qarışığını əlavə edib yenə çalın.

Badamlı sufle: şəkər tozunu su ilə vam odda qaynadın. 15-20 dəqiqə çalınmış yumurta ağına bu siropu nazik axınla, isti-isti əlavə edin. Çalmağı dayandırmayın. Həcmi artmayanadək dayanmayın. Sona yaxın yumşaldılmış yağ, qatılaşdırılmış süd, şəkər pudrası, limon turşusu, badam qırıqları və darçının qarışığını buraya əlavə edin.

Qaymaqlı krem: yağı çalın, sonra tədricən şəkər pudrası, qatılaşdırılmış süd, vanilli pudra əlavə edib daha 7-10 dəqiqə çala bilərsiniz.

Üç yağlı şokoladlı biskvitin aralarına badam suflesi çəkin, soyudun. Formanın içinə südlü sufle tökün. Aralarına badamll sufle çəkilmiş tortu da buraya qoyun. Soyudun.

Soyuducudan çıxaranda tortun üzərini kərə yağı, südlü sufle, martsipan və şəkər pudrası ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: sufle, şəkər, südlü, əlavə, pudrası, yumurta, badamlı, çalın, qatılaşdırılmış, limon, biskvit, dəqiqə, turşusu, qaymaqlı, qarışığını, badam, şokoladlı, siropu, bişirin, qarışdırın
BİZİ İZLƏYİN