• Cəmi 4 ərzaqla hazırlanan tort resepti

Reseptin məlumatları Baxış sayı: 9 471

Tarix : 17-12-2017, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Bir paket yulaflı peçenye
75 qram kərə yağı
200 qr südlü və ya qara şokolad
4 xörək qaşığı fıstıq əzməsi

Hazırlanması:
İlk olaraq peçenyeni blendrdan keçirin. Daha sonra başqa qabda əritdiyiniz kərə yağını və 2 xörək qaşığı fıstıq əzməsini də biskvitlərin içinə qataraq yaxşıca qarışdırın.

Sonra bir qabın içinə bişirmə kağızını yerləşdirin. Üzərinə hazırlamış olduğunuz qarışımı töküb yaxşıca yayın.

Daha sonra ayrı bir qazanın içində şokoladları və 1 xörək qaşığı fıstıq əzməsini əridin.

Ərimiş fıstıq əzməsini qabdakı qarışımın üzərinə yaxşıca yayın.

Ayrı bir qabda qalan fıstıq əzməsini də əridin.

Sonra fıstıq əzməsini də qarışımın üzərinə sürtüb qaşıqla şəkillər yarada bilərsiniz.

Süfrəyə vermədən əvvəl 1 saat soyuducuda saxlayın. Ondan sonra istədiyiniz zaman yeyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: fıstıq, əzməsini, sonra, qaşığı, xörək, yaxşıca, qarışımın, bilərsiniz, Sonra, üzərinə, qabda, yayın, əridin, içinə, qalan, Ərimiş, qazanın, içində, şokoladları, qabdakı
BİZİ İZLƏYİN