• Ballı tortu resepti

Reseptin məlumatları Baxış sayı: 5 415

Tarix : 25-02-2018, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- Yumurta - 3 əd.
- Şəkər tozu - 1 st.
- Bal - 3 x.q
- kərə yağı - 100 qr.
- Soda - 1 ç.q
- Un - 3 st.

Krem üçün:
- kərə yağı - 300 qr.
- Qatılaşdırılmış süd (bişmiş) - 2 qutu

Hazırlanması:
Kremin hazırlanması:
Yağı ağaranadək mikserlə qarışdırın. Daha sonra qatılaşdırılmış südü əlavə edin, biraz da qarışdırıb, soyuducuya yerləşdirin.
Kremi zövqə görə dəyişə də bilərsiniz. Xama və şəkər tozu ilə hazırlanmış krem də ballı torta möhtəşəm dad qatır. :)

Xəmirin hazırlanması:
Yumurta və şəkəri qarışdırın, daha sonra qarışıma bal və kərə yağını əlavə edib, su hamamında əridin (təxmini 5 dəqiqə)
Daha sonra kütləyə sodanı əlavə edib, biraz da qarışdırın. O biraz ağarıb qabaracaq. Yarım dəqiqə sona kütləni oddan kənara çəkin. Unu qarışdıra-qarışdıra kütləyə əlavə edin. Nəticədə biraz yapışqan xəmir alınmalıdır. Onu 5 hissəyə bölün.
Kündələri bişircəyiniz qaba yerləşdirib, yayın (28 sm diametr). Layları bir-bir 4-5 dəqiqə olmaqla bişirin və soyudun. Soyuyandan sonra tortun bəzəyi üçün kənarlarından dairə boyunca biraz kəsin və ovun. Layların arasına, tortun üzərinə və kənarlarına bol krem çəkin. Ovuntularla tortun üzərini və kənarlarını bəzəyin. Hazır olduqdan sonra 6 saat otaq temperaturunda saxlayın.

Nuş olsun!
Etiketlər: sonra, biraz, əlavə, qarışdırın, tortun, dəqiqə, çəkin, kütləyə, qarışdıra, hazırlanması, Yumurta, bişirin, yayın, diametr, Layları, yerləşdirib, olmaqla, bölün, xəmir, yapışqan
BİZİ İZLƏYİN