• Limonlu jozefina tortu resepti

Reseptin məlumatları Baxış sayı: 25 701

Tarix : 3-10-2014, 14:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

3,5 st. un
1/2 st. şəkər tozu
1 yumurta
2 x.q. kərə yağı
1/4 ç.q. su
1 st. xama
1/4 st. süd

Krem üçün:
1/2 st. şəkər tozu
2 yumurta
2 x.q. un
1 l su
300-400 q kərə yağı
2 x.q. kakao
1 limon
vanil
1 st. qarağat mürəbbəsi

Hazırlanması:
Yarım stəkan şəkər tozunu 1 yumurta və 2 x.q. kərə yağı ilə çalın. 1 st. xamanı 1 ç.q. söndürülmüş soda və 1/4 st. südlə qarışdırın. Bu iki qarışığı birləşdirin, 3,5 st. unu tədricən əlavə etməklə xəmir yoğurun. 7 yerə bölün. Yayın, bişirin.

Krem: 0,5 st. şəkər tozunu 2 yumurta ilə çalın, 2 x.q. un, 4 x.q. süd əlavə edib çalın. 1 litr südü ayrıca qaynadın. Qaynayandan sonra ocaqdan götürün. Sonra qarışdıraraq, asta-asta kremi əlavə edin. Bundan sonra bu qarışığı yenidən ocağın üstünə qoyun, daim qarışdıraraq xama qatılığına gələnədək bişirin. Ocaqdan götürün, vanil və kərə yağı əlavə edin.
Kremi iki yerə bölün: birinə kakao, digərinə isə qabığı ilə birlikdə sürtgəcdən keçirilmiş limon qatın. Kremi soyutmaq lazım deyil.

Kənarları hündür olan qaba bu qayda ilə düzün:
korj - kakaolu krem,
korj - limonlu krem,
korj - kakaolu krem,
korj - qarağat mürəbbəsi (yaxud şəkər tozu ilə ovulmuş qarağat),
korj - limonlu krem,
korj - kakaolu krem,
korj - limonlu krem.

Kremin qalanını tortun üstünə tökün (korjlar içində «üzərsə», qorxusu yoxdur). Bir gecə saxlayın. Sabahı gün daha 8 saat da soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, yumurta, əlavə, çalın, limonlu, kakaolu, qarağat, götürün, bişirin, qarışığı, qarışdıraraq, bölün, üstünə, saxlayın, limon, kakao, sonra, tozunu, vanil, Kremi
BİZİ İZLƏYİN