• Trio tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 161

Tarix : 14-10-2014, 11:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q 2%-li kəsmik (dənəvər olmasın)
250 q 15%-li xama
şəkər tozu (istəyə görə)
4 dolu ç.q. jelatin
2 qida rəngi (kakao və qırmızı çuğundur suyu ilə əvəz etmək olar)

Hazırlanması:
Blenderdə kəsmiklə xamanı eynicinsli kütlə alınanadək çalın. İstəyə görə şəkər tozu əlavə edin. Tezəriyən jelatini 1/3 st. qaynar suya boşaldın, qarışdırın, nazik axınla qarışdırmaqda davam etdiyiniz kəsmikli kütləyə əlavə edin. Yaxşıca çalın.

Hazır kütləni 3 bərabər hissəyə bölün. Bir qabdakı qarışığa dəyməyin, o birilərinə isə ayrı-ayrı rənglər əlavə edin (rənglərin sayını artırmaq da olar, o zaman "«trio" "kvartet"ə, yaxud "kvintet"ə və s. dönəcək).
Trio tortu resepti - FOTO RESEPT


Kənarı açılan formanın ortasına dörd xörək qaşığı ağ kütlədən tökün. Sonra hər dəfə ortadan olmaqla başqa rəngdə olan qarışıqlardan 4 x.q. tökün ("Zebra" tortundakı kimi). Bunu belə də saxlamaq olar. Ancaq başqa bir gözəllik də yaratmaq olar. İri diş çöpünü götürüb ortadan kənarlara doğru xətlər çəkin (çalışın, əliniz əsməsin).
Trio tortu resepti - FOTO RESEPT

Trio tortu resepti - FOTO RESEPT

Trio tortu resepti - FOTO RESEPT


Soyuducuda bir neçə müddət (tam bərkiyənədək) saxlayın. Dondurucuya qoymaq məsləhət deyil, korlanacaq.

Formanın içindən tortu çıxarmazdan əvvəl həmin formanı qaynar su dolu ləyəndə bir neçə saniyə saxlayın ki, qıraqları asan qopsun.
Trio tortu resepti - FOTO RESEPT


Bunu ayrıca desert kimi verə, həmçinin biskvitin üstünə də yerləşdirə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, qaynar, çalın, ortadan, başqa, tökün, şəkər, saxlayın, doğru, kənarlara, Soyuducuda, xətlər, çəkin, əliniz, götürüb, çalışın, əsməsin, gözəllik, olmaqla, rəngdə
BİZİ İZLƏYİN