• Kişi idealı tortu resepti

Reseptin məlumatları Baxış sayı: 55 549

Tarix : 20-10-2014, 11:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

3 yumurta
1 st. şəkər tozu
1 x.q. bal
1 ç.q. söndürülmüş soda
1,5 st. un
1 st. qoz (sürtgəcdən keçirilmiş)
vanil

Krem üçün:
200 q yağ
200 q xama
1 st. şəkər tozu
1 st. sürtgəcdən keçirilmiş qoz
2 x.q. kakao

Hazırlanması:
Yumurtaları şəkər tozu ilə çalın. Üzərinə vanil, bal, söndürülmüş soda, axırda un və qoz əlavə edib çalın.
24x26 sm ölçüdə sinini yağlayın.

Xəmiri gözəyarı 3 yerə bölün. Siniyə töküb (divarlarına dəyməmək şərtilə, təxminən 1,5 sm aralı) hamarlayın. Bu zaman əllərinizi yaşlaya bilərsiniz. 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Hazır olan kimi sinini tərs çevirməklə (qaynar-qaynar) korju ələyin, yaxud yaş dəsmalın üstünə qoyun. Soyudun.

Krem üçün yumşaldılmış yağı şəkər tozu və kakao ilə çalın. Sonra çalınmış xama və qozu əlavə edin.
Korjları aralarına krem çəkməklə üst-üstə qoyun. Üstünə və kənarlarına da krem çəkin, istəyə görə bəzəyin.

Nuş olsun!
Etiketlər: şəkər, çalın, kakao, əlavə, vanil, qoyun, qaynar, sinini, söndürülmüş, keçirilmiş, sürtgəcdən, ələyin, üstünə, yaxud, dəsmalın, korju, çevirməklə, dəqiqə, sobada, bişirin
BİZİ İZLƏYİN