• Əsl ballı tort resepti

Reseptin məlumatları Baxış sayı: 322 411

Tarix : 31-10-2014, 20:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

1,5 st. şəkər tozu
4 yumurta
4 ç.q. bal
200 q kərə yağı
1 ç.q. soda
3,5 st. un (təqribən)

Krem üçün:
500 q xama
1 st. şəkər tozu
vanil
1/4 st. süd

Hazırlanması:
Yumurta, şəkər tozu, əridilmiş kərə yağı, bal və sodanı qarışdıraraq su hamamına qoyun. Daim qarışdırın ki, yumurtası bişməsin (təxminən 10 dəqiqə).
Azca soyudun, un əlavə edib qarışdırın. Xəmir bir az sıyıq olmalıdır, çünki sonra özü bərkiyəcək.
2 sutka soyuducuda saxlayın.
Xəmiri 5 yerə bölüb nazik yayın. Qızdırılmış sobada qızılı rəng alana qədər bişirin (bişəndə həcmi artacaq).

Krem üçün ərzaqları çalın. Korjların arasına krem çəkib üst-üstə düzün. Tortun üzərinə və kənarlarına krem çəkin, qoz və şokoladla bəzəyin.

Nuş olsun!
Etiketlər: şəkər, qarışdırın, Xəmir, bişirin, bişəndə, artacaq, qədər, həcmi, alana, yayın, nazik, Qızdırılmış, sobada, qızılı, ərzaqları, Korjların, çəkin, kənarlarına, şokoladla, bəzəyin
BİZİ İZLƏYİN