• Bir saatlıq xəlifə tortu resepti

Reseptin məlumatları Baxış sayı: 59 736

Tarix : 2-06-2014, 11:57

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

280 q un
170 q kərə yağı
50 q şəkər tozu

Kəsmikli qat üçün:
800 q kəsmik (4%-li)
130 q şəkər tozu
3 yumurta
40 q kartof nişastası
1 çimdik vanil

Şokoladlı qat üçün:
250 q tünd şokolad (72%)
200 q 22%-li qaymaq
1 x.q. konyak

Xamalı "üzlük" üçün:
250 q xama
50 q şəkər tozu

Üzərinə:
kakao tozu

Hazırlanması:

Xəmir:

Un, yumşaldılmış kərə yağı və şəkər tozunu qarışdırın. Kənarı açılan 26 sm diametrli formanın dibinə perqament döşəyin. Xəmiri içinə döşəyib, kənarlarını formanın qırağı boyu yuxarı qaldırın (divar kimi).

Şokoladlı qat:
Şokoladı xırdalayın, üzərinə qaymaq töküb mikrodalğalı sobaya qoyun, maksimum temperaturda 1 dəqiqə saxlayın. Çıxarıb eynicinsli kütlə alınanadək dayanmadan çalın. Konyak əlavə edib qarışdırın, soyuducuda 5 dəqiqə saxlayın.

Formanın içindəki xəmirin üzərinə tökün. Dondurucuda 20 dəqiqə saxlayın. Bu ona görə lazımdır ki, şokoladlı qat kəsmikli sufleni üzərinə qoyanda ona qarışmasın.

Kəsmikli qat:
Mikserdə kəsmik, şəkər tozu, yumurta, nişasta və vanili çalın.

Formanı soyuducudan çıxarın, kəsmikli qarışığı şokoladlı qatın üzərinə yayıb hamarlayın.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 1 saat bişirin.

Xama ilə şəkər tozunu sonuncu əriyənədək qarışdırın (asan olması üçün bir qədər qarışdırıb saxlayın, şəkər tozu əriyəndən sonra bir də çalın).

1 saat keçdikdən sonra tortu sobadan çıxarın (sobanı söndürməyin), xamalı kremi üzərinə çəkin. Ola bilər ki, kəsmikli qatın ortası bir qədər qalxsın, o zaman tortu 10 dəqiqə soyudun, sonra xamalı kremi üzərinə yayın.

Sobaya qaytarıb daha 10-15 dəqiqə bişirin.

Sobadan çıxarıb tam soyudun.

Üzərinə kakao tozu səpin. Bu zaman trafaretdən istifadə edə, üzərini şokolad yonqarı, giləmeyvə ilə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, üzərinə, dəqiqə, saxlayın, çalın, sonra, kəsmikli, qarışdırın, kremi, xamalı, bişirin, zaman, soyudun, yumurta, kəsmik, qədər, Xəmir, Kəsmikli, tortu, tozunu
BİZİ İZLƏYİN